Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində növbəti - sonuncu oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 5-ci qrupda yer alan təmsilçimiz 3-cü turun oyununda Polşa komandası "Piast" ilə qarşılaşıb.
Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Naxçıvan komandası əvvəlki turlarda Macarıstanın "Uypeşt" (Újpest, Ujpest) komandasına 5:4 qalib gəlib, Bosniya və Herseqovinanın "Bubamara" kollektivinə isə 3:5 uduzub.
Çempionlar Liqası
Əsas mərhələ, 5-ci qrup
30 oktyabr
"Piast" (Polşa) – "Araz-Naxçıvan" (Azərbaycan) 5:0
Qlivitse. "Prezero Arena".