Bu gün Azərbaycan Basketbol Liqasında 5-ci turun son oyunları keçiriləcək.
Fanat.Az-ın məlumatına görə, turun son günündə daha iki qarşılaşma baş tutacaq.
"Gəncə" NTD ilə qarşılaşacaq. Görüş saat 14:00-da Gəncə İdman Sarayında reallaşacaq.
Eyni saatda Bakı İdman Sarayında "Sumqayıt" "Sabah"la üz-üzə gələcək.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a 84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.
Turnir cədvəlində 5 xalı olan "Sabah" beşinci, eyni xala malik "Sumqayıt" altıncı pillədə qərarlaşıb. Hərəyə 4 xalı olan "Gəncə" və NTD isə müvafiq olaraq yeddinci və səkkizinci yerləri tuturlar.