Misli Premyer Liqasının X turunun “Qəbələ” - “Qarabağ” oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Qalib gəlmək istəyirdik, alınmadı. Çünki qarşımızda çox istəkli, intizamlı oyun quran, yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan kollektiv var idi. Bir daha görünür ki, çempionat asan keçmir, hər matça maksimum hazırlaşmalıyıq. Pozitiv şəkildə qarşıdakı görüşlərə baxacağıq. Çempionatın gedişinə baxsaq görərik ki, hər tur istənilən nəticə qeydə alına bilər. Oyunlarda daha yaxşı çıxış etməli və daha çox qol epizodları yaratmalıyıq. Bunu da qaydasına salacağımıza inanıram. Oyunçuların potensialı var və bunu önə çıxararaq daha yaxşı olmağa çalışacağıq”.