DÇ: Azərbaycan güləşçisi bürünc medal qazandı

DÇ: Azərbaycan güləşçisi bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi (Vladislav Baitsaev) məğlub edib.

Digər güləşçilərdən İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ), Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda türkiyəli Okan Taxtaçını (Okan Tahtaçı, Okan Tahtacı) məğlub etsə də, yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə (Mohammad Nokhodi) uduzub.

Turan Bayramov təsnifat mərhələsində Giorgi Elbakidzeni (Gürcüstan) 2-1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan təmsilçisi Nurkoja Kapanova (Nurkozha Kaipanov) uduzub. Lakin N.Kapanov finala yüksəldiyi üçün T.Bayramov təsəlliverici görüşə çıxacaq.

92 kq çəki dərəcəsində yarışan Ali Tsokayev 1/8 finalda Recep Haydarini (Makedoniya) məğlub etsə də, 1/4 finalda Trent Hidliyə (ABŞ) uduzub. Lakin T.Hidli finala yüksəldiyi üçün A.Tsokayev də təsəlliverici görüşdə mübarizə aparmaq hüququ qazanıb.

Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə (Kyle Dake) qızıl medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər