Dünya çempionatı: Hacıyev yarımfinala yüksəldi, Bayramov 1/8-də uduzdu

Dünya çempionatı: Hacıyev yarımfinala yüksəldi, Bayramov 1/8-də uduzdu
Qazaxıstanın Astana şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın səkkizinci günündə xalça üzərinə çıxan sərbəst güləşçilırimiz növbəti görüşlərini keçiriblər.
İlk raundda Rahul Rahulu (Hindistan) 10:0, daha sonra Tomas Eppi (İsveçrə) 11:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn İslam Bazarqanovun (57 kq) növbəti rəqibi Yamato Oqava (Yaponiya) olacaq.
79 kq çəki dərəcəsində yarışan, startda Yerzo İsakovu (İordaniya) 11:0 hesabı ilə məğlub edən Cəbrayıl Hacıyev 1/4 finalda Okan Taxtaçını (Türkiyə) 9:3 yenərək yarımfinala vəsiqə qazanıb.
92 kq-da mübarizə aparan Əli Tsokayev startda ilk sınağında Recep Haydari (Makedoniya) üzərində 10:0 hesabı ilə qələbə qazanıb. Onun dörddəbir finaldakı rəqibi Trent Hidley (ABŞ) olacaq.
Turan Bayramov (74 kq) isə startda Giorgi Elbakidze (Gürcüstan) üzərində 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finalda Nurkoja Kapanova (Qazaxıstan) 0:4 uduzub.
Bundan başqa, iki Azərbaycan sərbəst güləşçisi də medallar uğrunda mübarizə aparacaq. Belə ki, 86 kq üzrə güləşçilərin final qarşılaşmasında idmançımız Arseniy Cioyev (Arseniy Tsioev) ilə Kayl Deyk (ABŞ) münasibətlərinə aydınlıq gətirəcəklər.
125 kq-da isə bürünc medal uğrunda görüş olacaq. Giorgi Meşvildişvilinin (Giorgi Meshvildishvili) rəqibi təsəlliverici raundla müəyyənləşəcək
Hazırda Azərbaycanın aktivində 3 medal var. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər