Əbu-Dabidə (BƏƏ) keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turnirin son günündə daha üç Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq.
+78 kq çəki dərəcəsində yarışan Mədinə Kaysinova (Madina Kaysynova) Özbəkistan idmançısı İrişxon Kurbanbayeva (Irishkhon Kurbanbaeva) ilə qarşılaşacaq.
Daha ağır çəkililər (100+) -
Uşangi Kokauri (Ushangi Kokauri) və
Camal Həmzətxanov (Jamal Khamzatkhanov) ilk mərhələdən azaddır.
Hazırda Azərbaycanın hesabında 4 medal var. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Elkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıblar.