Dünya çempionatı: Azərbaycanın daha dörd sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha dörd sərbəst güləşçisi mübarizəyə başlayır
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın səkkizinci günündə Azərbaycanın daha dörd sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanovun ilk rəqibi Rahul Rahul (Hindistan) olacaq.
Turan Bayramov (74 kq) isə ilk dueldə Gürcüstandan olan Giorgi Elbakidze ilə güləşəcək.
Cəbrayıl Hacıyev (79 kq) və Əli Tsokayev (92 kq) ilk sınaqdan azaddır
Bundan başqa, iki Azərbaycan sərbəst güləşçisi də medallar uğrunda mübarizə aparacaq. Belə ki, 86 kq üzrə güləşçilərin final qarşılaşmasında idmançımız Arseniy Cioyev (Arseniy Tsioev) ilə Kayl Deyk (ABŞ) münasibətlərinə aydınlıq gətirəcəklər.
125 kq-da isə bürünc medal uğrunda görüş olacaq. Giorgi Meşvildişvilinin (Giorgi Meshvildishvili) rəqibi təsəlliverici raundla müəyyənləşəcək
Hazırda Azərbaycanın aktivində 3 medal var. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər