MPL: "Zirə" Şamaxıda, "Qarabağ" Qəbələdə sınaq qarşısında

MPL: "Zirə"  Şamaxıda, "Qarabağ" Qəbələdə sınaq qarşısında
Misli Premyer Liqasında 10-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha iki matç baş tutacaq.
Turun ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” ilə “Zirə” üz-üzə gələcək. Şamaxıda baş tutacaq oyunu Elvin Bayramov idarə edəcək.
Günə Qəbələdə yekun vurulacaq. "Qarabağ" sözügedən bölgə təmsilçisinin qonağı olacaq. Baş hakim Rəvan Həmzəzadə görüşün start fitini 17:30-da səsləndirəcək.
Qeyd edək ki, tura ötən gün “Turan Tovuz” – “Sabah” oyunu (3:2) ilə start verilib. Tur çərçivəsində sabah “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli”, bazar ertəsi isə “Sumqayıt” – “Şəfa” matçı keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
31 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu.
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər