Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi mübarizəyə qələbə ilə başladı

Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi mübarizəyə qələbə ilə başladı
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın səkkizinci günündə xalça üzərinə çıxacaq Azərbaycanın dörd sərbəst güləşçisindən üçü mübarizəyə uğurlu başlayıb.
57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov ilk rəqibi Rahul Rahulu (Hindistan) asanlıqla üstələyib - 10:0.
İdmançımız 1/8 finalda Tomas Epp (İsveçrə) ilə qarşılaşacaq.
Turan Bayramov (74 kq) isə ilk dueldə Gürcüstandan olan Giorgi Elbakidzeni 2:1 hesabı ilə məğlub edib.
Birinci mərhələdən azad olan Cəbrayıl Hacıyev (79 kq) ilk sınağında Yerzo İsakova (İordaniya) asanlıqla qalib gəlib - 11:0.
İlk sınaqdan azad olan Əli Tsokayev (92 kq) mübarizəyə Recep Hajdari (Makedoniya) ilə güləşərək başlayacaq.
Bundan başqa, iki Azərbaycan sərbəst güləşçisi də medallar uğrunda mübarizə aparacaq. Belə ki, 86 kq üzrə güləşçilərin final qarşılaşmasında idmançımız Arseniy Cioyev (Arseniy Tsioev) ilə Kayl Deyk (ABŞ) münasibətlərinə aydınlıq gətirəcəklər.
125 kq-da isə bürünc medal uğrunda görüş olacaq. Giorgi Meşvildişvilinin (Giorgi Meshvildishvili) rəqibi təsəlliverici raundla müəyyənləşəcək
Hazırda Azərbaycanın aktivində 3 medal var. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər