Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Zirə” “Araz-Naxçıvan”ın qonağı olub. Şamaxıda keçirilən oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 qol vurub 1 xal qazanıblar.
“Qəbələ” isə məğlubiyyətsiz irəliləyən “Qarabağ”la üz-üzə gəlib. Qəbələdə keçirilən matçda qapılara qol vurulmayıb.
Daha öncə keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabıyla qalib gəliblər. “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli” oyunları sabah, “Sumqayıt” – “Şəfa” matçı 2 noyabrda keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
31 oktyabr
“Araz-Naxçıvan” – “Zirə” 2:2
Qollar: Patrik Andrade (Patrick Andrade), 22. Ağadadaş Salyanski, 62 - Eren Aydın, 69. Mehdi Mişahşah, 87.
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto (Artur Augusto), 7. Rövlan Muradov, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç (Bojan Letić, Bojan Letic), 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane (Mamadou Kané, Mamadou Kane), 12. Bruno Franko (Bruno Franco), 5. Luka Dumançiç (Luka Dumančić, Luka Dumancic), 23. Alberto Fernandes (Alberto Fernández, Alberto Fernandez).
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 8. Mustafa Əhmədzadə, 77. Nihat Mehralıyev, 10. Şarl Boli (Charles Boli).
Baş məşqçi: Yuri Maksimov (Yuriy Maksimov).
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato. 9. Davit Volkov (Davit Volkovi), 21. Rikardo Martins (Ricardo Martins), 5. Ange Mutsinzi, 3. Dimitri Leqbo (Dimitry Legbo), 29. Kris Diqbeu (Chris Dikpeu).
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 43. Əhliman Süleymanzadə, 20. İssa Cibrila, 7. Eren Aydın, 33. Mehdi Mişahşah (Mehdi Mshashah), 23. Dameyn Smit (Damien Smith).
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ” – “Qarabağ” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 23. Rafael Utziq, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoah, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 7. Bruno Silva, 5. Natan Monzanqo.
Baş məşqçi: Yeton Bekiri.
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 19. Taofik İsmail, 11. Reda Xadra, 88. Samuel Lobato, 39. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.