“Arsenal”ın “Liverpul”la (Liverpool) qarşılaşma ərəfəsində heyətinə vacib futbolçuların qayıtması gözlənilir.
Fanat.Az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta Deklan Rays (Declan Rice), Rikkardo Kalafiori (Riccardo Calafiori) və Xristos Tzolisin (Christos Tzolis) məşqlərə qoşulduğunu açıqlayıb.
Mütəxəssis bildirib ki, hər üç futbolçu cümə günü komanda ilə məşq edib. Onlar şənbə günü də hazırlıq prosesində iştirak edəcəklər. Hər hansı problem yaranmasa, adıçəkilən oyunçular “Liverpul”la matçın iştirak ərizəsinə daxil ediləcəklər.
Qeyd edək ki, Deklan Rays və Rikkardo Kalafiori “Everton”la oyunda zədə narahatlığı yaşadıqları üçün İngiltərə Liqa Kubokunda “Flitvud”la (Fleetwood Town) qarşılaşmanı buraxıblar. Xristos Tzolis isə Yunanıstan millisində aldığı zədədən sonra yaşıl meydanlardan kənarda qalmışdı.
“Liverpul” - “Arsenal” matçı noyabrın 1-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səsləndiriləcək.