İki London nəhəngi türk ulduz üçün yarışır

İki London nəhəngi türk ulduz üçün yarışır
“Arsenal” və “Tottenhem” (Tottenham Hotspur) Kenan Yıldızı transfer etmək üçün ciddi maraq göstərir.
Fanat.Az xəbər verir ki, “Arsenal” və “Tottenhem” “Yuventus”un (Juventus) 19 yaşlı hücumçusu Kenan Yıldızı heyətlərinə qatmaq üçün hərəkətə keçiblər.
Hər iki London klubu artıq “Yuventus”a müraciət edərək futbolçunun qiymətini soruşub.
“Arsenal” və “Tottenhem” Kenan Yıldız üçün 100 milyon avrodan çox təklif etməyə hazır olduqlarını bildiriblər.
“Yuventus” isə gənc futbolçu üçün təxminən 150 milyon avro tələb edə bilər.
Əgər “Yuventus” Kenan Yıldızı satmaq qərarına gəlsə, “Arsenal” bu transferdə əsas favorit sayılır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər