DÇ: Azərbaycan güləşçisi gümüş medala yiyələndi

DÇ: Azərbaycan güləşçisi gümüş medala yiyələndi

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.

Fanat.Az xəbər verir ki, o, finalda ABŞ-dən olan Kayl Deykə (Kyle Dake) 2:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər