Misli Premyer Liqasının X turunun “Qəbələ” - “Qarabağ” oyunundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Yeton Bekirinin (Jeton Beqiri) iştirakı ilə mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
"Bu gün komandamdan çox razı qaldım. Müdafiədə yaxşı çıxış etdik, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bilirsiz ki, bu gün Azərbaycan Premyer Liqasının ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Biz 1 xal qazanmağa layiq idik".