"Futbolçulara demişdim ki..." - Yuri vernidub

"Futbolçulara demişdim ki..." - Yuri vernidub

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub (Yuriy Vernydub) Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 10-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçı belə şərh edib.
“Fikrimcə, yaxşı oyun oldu. Bilirdik ki, “Şamaxı” heç də asan rəqib deyil və 3 xal qazanmaqdan ötrü çox çalışmalıyıq. İlk dəqiqələrdə meydan sahibləri ciddi hücumlar qurmuşdu. Buna baxmayaraq, qısa zamanda özümüzü toparlayıb standart vəziyyətdən fərqləndik. Fasiləyə heç-heçə ilə yollandıq deyə, oyunçulara dedik ki, ikinci hissədə təzyiqi bir az da artırmaq lazımdır. Futbolçulara demişdim ki, burada xal itirməməliyik. Onlar tapşırığın öhdəsindən layiqincə gəldilər. Ümumiyyətlə, ikinci hissədəki oyunumuz xoşuma gəldi. Üstəlik, sonradan meydana daxil olanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əsas odur ki, qalib gəldik. Yolumuza davam edirik. Azarkeşlərimizə çox təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Buna görə də onların qarşısında baş əyirəm”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər