Fərman Həsənovun UFC-də ikinci sınağı uğursuz oldu

Fərman Həsənovun UFC-də ikinci sınağı uğursuz oldu

Azərbaycanlı döyüşçü Fərman Həsənov Las-Veqasda keçirilən "UFC Fight Night" turnirində Jan-Pol Lebosnoyani (Jean-Paul Lebosnoyani) ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, döyüşün üçüncü raundunda hakim qarşılaşmanı dayandıraraq həkimi oktaqona çağırıb.

Həkim Həsənovun gözünü müayinə etdikdən sonra onun döyüşü davam etdirməsinə icazə verməyib və nəticədə təmsilçimiz texniki nokautla məğlub olub. 

Qeyd edək ki, bu, Həsənovun UFC-də ikinci döyüşü idi. O, ilk qarşılaşmasında iyunun 27-də Bakıda Erik Nolanu hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər