UFC-nin keçmiş orta çəki çempionu Şon Strikland sosial şəbəkədə böyük rezonans doğuran addımı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, amerikalı idmançı əvvəlcə Fələstindəki vəziyyətlə yanaşı Sudan və Myanmar krizlərinə kifayət qədər diqqət ayrılmamasını sorğulayıb.
Buna cavab yazan istifadəçilərdən biri isə Qarabağdan köçmüş ermənilərin vəziyyətinin də diqqətdən kənarda qaldığını iddia edib.
Döyüşçü bu şərhi öz hesabında təkrar paylaşaraq üzərinə sadəcə "Facts" ("Faktlar") sözünü yazıb.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri idmançının bu qərəzli və həqiqəti əks etdirməyən addımına kəskin etirazlarını bildiriblər.