FİFA rəsmi saytı üzərindən qurumun yeni prezidenti vəzifəsinə üç namizədin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar Filip Diallo, Kodzo Taşima və hazırkı prezident Canni İnfantinodur.
Filip Diallo Fransa Futbol Federasiyasının prezidentidir. Kodzo Taşima əvvəllər Yaponiya Futbol Assosiasiyasına rəhbərlik edib və 2015-ci ilin aprel ayından FİFA-da çalışır. Canni İnfantino bu vəzifəni 2016-cı ildən tutur.
Yeni prezident seçkisi FİFA-nın 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçiriləcək 77-ci Konqresində keçiriləcək.
Mirağa