Minifutbol üzrə Azərbaycan millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avropa Minifutbol Federasiyasının açıqladığı reytinqdə 1480 xalla ikinci sırada yer alıb.
Serbiya (1515) birinci, Rumıniya (1200) üçüncü pillədə qərarlaşıb.
