"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, H qrupunun VII turunda Latviyada "Riqa"nın (Rīga, Riga) qonağı olan "ağ-qaralar" rəqibinə uduzublar - 55:96.
Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.