"Real Madrid" Qabrielin transferini tamamlamağa yaxındır

"Real Madrid" Qabrielin transferini tamamlamağa yaxındır
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Yunayted” komandasının gənc futbolçusu Jozef Junior Qabrielin transferini reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "SkySports" yayıb.
Məlumata görə, 16 yaşlı hücumçu noyabrın 17-də sosial şəbəkə hesabında paylaşdığı video vasitəsilə “Mançester Yunayted”dən ayrıldığını rəsmən açıqlayıb. O, paylaşımında klubda keçirdiyi illərə və ona dəstək olan məşqçilərə təşəkkür edib.
“Real Madrid” futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Tərəflər arasında şəxsi şərtlərlə bağlı şifahi razılığın əldə olunduğu bildirilir.
Qeyd edək ki, “Barselona”, PSJ və “Bayern Münhen” də gənc futbolçu ilə maraqlanıb. Lakin Madrid təmsilçisi transfer yarışında ön plana çıxıb.
Hələlik klublar arasında rəsmi transfer razılaşması açıqlanmayıb. “Mançester Yunayted” isə mümkün transferlə bağlı hüquqi addımlar atmaq imkanını nəzərdən keçirir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər