Almaniyanın "Bayern Münhen" klubunda çıxış edən Kim Min-Cenin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az xəbər verir ki, “Qalatasaray”, “Beşiktaş” və “Yuventus” 29 yaşlı müdafiəçinin vəziyyəti ilə bağlı “Bayern”lə əlaqə saxlayıb.
İnformasiyanı "Bild" yayıb.
Cənubi koreyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Bayern”in də Kim Min-Ce ilə görüşərək onun komandadakı gələcək rolunu müzakirə etməyə hazırlaşdığı bildirilir.
Almaniya klubu futbolçunun mümkün ayrılığını da nəzərdən keçirir və bu ehtimala qarşı müdafiə xətti üçün alternativ namizədlər müəyyənləşdirib.
Kim Min-Ce daha əvvəl “Fənərbağça” və “Napoli”də çıxış edib.
Əlisahib İbrahimli