Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı

Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas (Alan Kijas) isə VAR hakimi olacaq.
Qeyd edək ki, Qazaxıstan – Slovakiya görüşü Astana şəhərində yerləşən "Astana Arena"da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər