Avropa Kuboku: "Kür" Şimali Makedoniya təmsilçisinə məğlub oldu

Avropa Kuboku: "Kür" Şimali Makedoniya təmsilçisinə məğlub oldu

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III turunda ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Mingəçevir təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Şimali Makedoniyanın “Çair” (Cair) komandası ilə qarşılaşıb. Görüş Skopye klubunun qələbəsi ilə başa çatıb – 27:24.

Komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni arenada keçiriləcək.

Xatırladaq ki, “Kür” əvvəlki mərhələdə Kiprin APOEL komandasını hər iki oyunda məğlub edərək növbəti raunda yüksəlib. Azərbaycan təmsilçisi rəqibini ilk görüşdə 40:18, cavab matçında isə 39:13 hesabı ilə üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər