"Qalatasaray"ın (Galatasaray) və Argentina millisinin keçmiş hücumçusu Mauro İkardi (Mauro Icardi) 11 yaşlı qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, informasiyanı "Infobae" yayıb.
Hadisə noyabrın 6-da Buenos-Ayres şəhərinin ətrafındakı qapalı ərazisində baş verib. Uşağın kömək mesajları göndərməsindən sonra anası polisə zəng edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara (Wanda Nara) ilə danışıblar. Nara bildirib ki, keçmiş həyat yoldaşı qızlarını "danlayıb". Uşaq evdən təkbaşına çıxmağı bacarıb və bundan sonra o, anasının himayəsinə verilib.
Gender Zorakılığı Bölməsi iddia edilən hücumla bağlı araşdırma başladıb. Yetkinlik yaşına çatmayan şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilib.
Noyabrın 12-də isə futbolçu ifadə vermək üçün vəkilləri ilə birlikdə prokurorluğa baş çəkib.
Mirağa