Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək

Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Fransanın PSJ (Paris Saint-Germain) klubu "Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Güləri transfer etmək üçün 200 milyon avro ödəməyə hazırdır.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi artıq gənc futbolçunun nümayəndələri ilə qeyri-rəsmi təmas qurub və "Real Madrid"in imtina edə bilməyəcəyi cəlbedici təklif hazırlayır.
Hələlik İspaniya nəhənginə rəsmi təklif göndərilməsə də, Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) klubunun da yaxın vaxtlarda müqaviləsini yeniləyən Arda ilə ciddi maraqlandığı bildirilir.
Qeyd edək ki, 2023-cü ildə imzalanan müqaviləyə əsasən, "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) futbolçunun növbəti satışından 20 faiz pay hüququna sahibdir. Əgər bu transfer 200 milyon avroya reallaşarsa, İstanbul klubu müqavilə şərtlərindən asılı olaraq bu satışdan təxminən 36–40 milyon avro gəlir əldə edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər