PFL-dən “Zəfər Günü” süjeti - “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” - VİDEO

PFL-dən “Zəfər Günü” süjeti - “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” - VİDEO

Zəfər yalnız döyüş meydanında qazanılan qələbə deyil, həm də xalqımızın birlik, iradə və Vətən sevgisinin təcəssümüdür. Vətən müharibəsində iştirak edən igidlərimiz üçün futbol bəzən döyüşün ağır günlərində yorğunluğu unutmağın, ruh yüksəkliyini qorumağın və qələbəyə inamı yaşatmağın vasitəsi olub.

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası 8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı Araz Balayevlə xüsusi süjet hazırlayıb.

Qubadlıda qələbə sevincini futbol oynayaraq qeyd edən Araz həmin günlərin maraqlı xatirələrini bölüşüb.

Qubadlıda futbol meydançasında yaşanan həmin sevinc Araz Balayevin yaddaşında Zəfərə gedən yolun həm çətinliyini, həm də qürurverici anlarını əks etdirən unudulmaz xatirələrdən biri kimi qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər