Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır.
Fanat.Az xəbər verir ki, ötən illər Yüksək Liqa adı ilə keçirilmiş, bu mövsümdən etibarən isə Super Liqa adlanan çempionatın ilk günündə iki qarşılaşma baş tutacaq.
"Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Abşeron"un xələfi "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gələcək. Hər iki oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, 7 noyabrda 2-ci tur çərçivəsində "Murov Az Terminal" ilə UNEC üz-üzə gələcək.
Super Liqada 9 qadın ("Turan", "DH Volley", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, "Azərmaş Abşeron", "Murov Az Terminal", "Azərreyl" və "Naxçıvan") komandası mübarizə aparır. Yarışda liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək.
Super Liqa
1-ci tur
6 noyabr
16:00. "Milli Aviasiya Akademiyası" - "Gəncə"
"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalı
16:00. "Azərmaş Abşeron" - "Naxçıvan"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.