Azərbaycan 1-ci Liqasında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün 4 oyun keçirilib.
Mərkəzi oyunda çempionluğa iddialı iki komanda “Səbail” ilə “Gəncəbasar” üz-üzə gəlib. Masazırda baş tutan prinsipial matçda qalib müəyyənləşməyib.
Bundan başqa, "Baku Sportinq" - "Xankəndi", "Zaqatala" - MOİK görüşləri də heç-heçə bitib.
Əvəzində, "Karvan-Yevlax" "Şimal"ı böyük hesabla yenib. Beləliklə, günün yeganə qalibi yevlaxlılar olublar.
Qeyd edək ki, tur ötən gün start götürməli olsa da, "Mingəçevir" - "Şahdağ Qusar" matçı baş tutmayıb. "İşıqçılar" maddi problemlərlə bağlı olaraq ev oyununa çıxmaqdan imtina edib. "Şahdağ Qusar"a texniki qələbə veriləcəyi gözlənilir.
1-ci Liqa
7-ci tur
5 noyabr
“Baku Sportinq” – “Xankəndi” 1:1
Qollar: Ə.Babayi, 54 - X.Mahmudov, 10.
Hakimlər: Niyaz Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Baku Sportinq Arena”.
“Karvan-Yevlax” – “Şimal” 4:1
Qollar: S.Abdullayev, 26. E.Sillas (Ezequiel Sillas), 33. Ə.Əziz, 54. O.Onyeka (Onyeka), 60 - O.Qberi (Oghenevwede Gberi), 83
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Rəşad Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu.
“Zaqatala” – MOİK 1:1
Qollar: S.Anadem (Sidy Anadem), 45+2 - K.Quliyev, 45.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
“Səbail” – “Gəncəbasar” 2:2
Qollar: S.Nonqoh (Serge Nonqoh), 3. S.Budra (Sofiane Budra), 37 - P.Quimbila (Prince Quimbila), 21. D.Açimi (Driss Achimi), 29.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Masazır. “Bank Respublika Arena”.