"Mançester Yunayted" (Manchester United) 2027-ci il transfer pəncərəsi öncəsi "Komo"nun (Como) müdafiəçisi Yakobo Ramona (Jacopo Ramona) marağını kəskin şəkildə artırıb.
Fanat.Az xəbər verir ki, transfer dəyəri təxminən 50 milyon avro qiymətləndirilən 21 yaşlı futbolçunun vəziyyətini "Çelsi" (Chelsea) ilə yanaşı, "Arsenal", "Liverpul" (Liverpool) və "Fulhem" (Fulham) də diqqətlə izləyir.
Sabiq klubu "Real Madrid" isə futbolçunun növbəti satışından 50% pay hüququna və geri satınalma seçiminə sahibdir.
İspaniya nəhənginin də gənc müdafiəçini yenidən heyətə qatmaq variantını nəzərdən keçirdiyi bildirilir.