"Liverpul" (Liverpool) rəhbərliyi 19 yaşlı yarımmüdafiəçi Trey Nyoni ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, ötən transfer pəncərəsində "Nottingem Forest"in (Nottingham Forest) futbolçu üçün etdiyi 30 milyon funt-sterlinqlik təklifi rədd edən mersisaydlılar gənc istedadı komandada saxlamaqda qərarlıdır.
Nyoni bu mövsüm komandanın heyətində 11 qarşılaşmada meydanda olub.
Mövcud müqaviləsinin başa çatmasına 3 il yarımdan çox vaxt qalmasına baxmayaraq, "Liverpul" onun göstərdiyi inkişafı daha yaxşı maliyyə şərtləri ilə mükafatlandırmaq istəyir.