FİBA Avropa Kuboku: "Neftçi" ilk qələbə həsrətində, "LANDAU Lions" liderlə üz-üzə

FİBA Avropa Kuboku: "Neftçi" ilk qələbə həsrətində, "LANDAU Lions" liderlə üz-üzə
FIBA Avropa Kubokunda qrup mərhələsinin 5-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən yarışda təmsil edən "Neftçi" ilə "LANDAU Lions" da bu gün növbəti sınağına çıxacaqlar.
H qrupunda yer alan Kostas Vasiliadisin baş məşqçisi olduğu "Neftçi" Bolqarıstanda "Lokomotiv" ilə qarşılaşacaq.
Oyun Plovdiv şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Mikonos"a (səfərdə – 58:78), "VEF Riqa"ya (evdə – 94:110) və "Friburq"a (səfərdə – 73:78) və "Oradya"ya (evdə - 83:99) məğlub olub. Dörd turdan sonra H qrupunda hələ qələbəsi olmayan "Neftçi" isə 3 xalla turnir cədvəlində sonuncu pillədə yer alır. "Lokomotiv" isə 2 qələbə və 2 məğlubiyyətlə 3-4-cü yerləri bölüşür.
FIBA Avropa Kuboku
4 noyabr
H qrupu
21:00. Lokomotiv (Bolqarıstan) – Neftçi (Azərbaycan)
Plovdiv. "Kompleks sila".
H qrupunda xal durumu belədir:
1. "Mikonos" - 8 xal (4 qələbə, 0 məğlubiyyət)
2. "Oradya" - 5 xal (1 qələbə, 3 məğlubiyyət)
3. "VEF Riqa" - 6 xal (2 qələbə, 2 məğlubiyyət)
4. "Lokomotiv" - 6 xal (2 qələbə, 2 məğlubiyyət)
5. "Friburq" - 5 xal (1 qələbə, 3 məğlubiyyət)
6. "Neftçi" - 4 xal (0 qələbə, 4 məğlubiyyət)
Azərbaycanın digər təmsilçisi "LANDAU Lions" isə daha çətin sınaq qarşısında olacaq. Erhan Tokerin baş məşqçisi olduğu komanda Portuqaliyada "Benfika"nın (Benfica) qonağı olacaq. Lissabonda baş tutacaq oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, "şirlər" Bakıda "Dənizli Basket"i (Denizli Basket) məğlub edib (94:86), digər görüşlərdə isə "Lions de Geneve"yə (83:105), "Prievidza"ya (84:108) və "Bakken Bears"a (88:91) uduzub.
G qrupu
23:00. Benfika (Portuqaliya) – LANDAU Lions (Azərbaycan)
Lissabon. "Pavilao Fidelidade".
G qrupunda xal durumu belədir:
1. "Benfika" - 7 xal (3 qələbə, 1 məğlubiyyət)
2. "Bakken Birs" - 7 xal (3 qələbə, 1 məğlubiyyət)
3. "Dənizli Basket" - 6 xal (2 qələbə, 2 məğlubiyyət)
4. "Lions de Geneve" - 6 xal (2 qələbə, 2 məğlubiyyət)
5. "Prievidza" - 5 xal (1 qələbə, 3 məğlubiyyət)
6. LANDAU Lions - 5 xal (1 qələbə, 3 məğlubiyyət)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər