Şahin Diniyev "Sabah"ın ÇL matçında hansı nüansları üstünlük sayır?

Şahin Diniyev "Sabah"ın ÇL matçında hansı nüansları üstünlük sayır?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sabah" "Vikinq"in (Viking) qonağı olacaq. Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bərabər səviyyəli komandaların görüşü olacaq. Hansı nəticə qeydə alınsa, təəccüblənməyə dəyməz. "Vikinq" öz meydanında daha yaxşı oynayır. Məğlubiyyətsizlik seriyaları da var. Matçın süni örtüklü meydanda keçirilməsi rəqib üçün üstünlükdür. "Sabah"ın üstünlükləri isə sürətli hücumlar qurması və heyətinin stabil olmasıdır. Bizi maraqlı qarşılaşma gözləyir. Sadalanan məqamları nəzərə alsaq, komandaların şansları bərabərdir. Təmsilçimizə uğurlar arzulayıram!"

Qeyd edək ki, noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər