2-ci Liqa: Sabirabadda lider dəyişə bilər

2-ci Liqa: Sabirabadda lider dəyişə bilər
Azərbaycan 2-ci Liqasında 9-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, bazar start götürən tura bu gün yekun vurulacaq.
Turun son günündə üç matç baş tutacaq. Günün birinci yarısında "Zəngəzur" ilə "Şəmkir" üz-üzə gələcək. Binədə baş tutacaq görüş saat 11.00-da start götürəcək. Günün ikinci yarısında Binədə daha bir oyun keçiriləcək. Belə ki, "Dinamo" (Dynamo) "Şirvan"ı sözügedən arenada qəbul edəcək. Bundan başqa, turun mərkəzi oyununda "Marafon" ilə "Qaradağ Lökbatan" qarşılaşacaqlar. Sabirabadda baş tutacaq görüş turnir cədvəlində liderliyin taleyini həll edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Ağstafa Gəncləri" "Şəki"ni (11:1), "Difai" “Hypers”i (3:1) məğlub edib, “Ağdaş” – “Kür-Araz” görüşündə (1:1) qalib müəyyənləşməyib.
2-ci Liqa
9-cu tur
3 noyabr
11.00. “Zəngəzur” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.
14:30. “Marafon” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Ruslan Babayev, İlkin Mustafazadə, Kamil Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sabirabad. “Marafon Arena”.
15:30. “Dinamo” – “Şirvan”
Hakimlər: Fəridə Lütfəliyeva, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər