"San Siro" stadionu yaxın gələcəkdə sökülə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə klubların mətbuat xidməti məlumat yayıb.
"İnter" (Internazionale, Inter Milan) və "Milan" klubları mövcud arenanı əvəz edəcək yeni ortaq stadion layihəsini rəsmən təqdim ediblər.
Təqdim olunan layihəyə əsasən, yeni arena "Generali" adlanacaq və 71 500 tamaşaçı tutumuna malik olacaq. Layihə məşhur "Foster + Partners" və "MANICA" memarlıq şirkətləri tərəfindən hazırlanıb.
İki əzəli rəqib klub yeni stadionun tikintisi başa çatanadək mövcud "San Siro"da çıxışlarını davam etdirəcəklər. Yeni arenanın tikintisi başa çatdıqdan və klublar ora köçdükdən sonra isə dünya futbol tarixinə saysız-hesabsız unudulmaz matçlar yazmış əfsanəvi "San Siro"nun böyük hissəsi söküləcək.
Klublar futbolçuların və azarkeşlərin müasir dövrün tələblərinə cavab verən, daha gəlirli və rahat arenaya olan ehtiyacını əsas gətirərək bu tarixi addımı atmaqda qərarlıdırlar.
Beləliklə, futbol azarkeşləri yaxın illərdə Avropanın ən məşhur stadionlarından biri ilə vidalaşmalı olacaqlar.
Əlisahib İbrahimli