Arda oynadı, "Fənərbağça"nın hesabına milyonlar köçdü

Arda oynadı, "Fənərbağça"nın hesabına milyonlar köçdü
"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər (Arda Güler, Arda Guler) İspaniya klubunun heyətində 125-ci rəsmi oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, bu qarşılaşma ilə birlikdə "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) gənc futbolçunun müqaviləsində yer alan maddəyə əsasən İspaniya nəhəngindən daha 2 milyon avro bonus əldə edib.
Bununla da "Fənərbağça"nın Arda Gülər üçün bütün bonus şərtləri tamamilə yekunlaşıb.
Bundan əlavə, İstanbul klubunun Arda Gülərin "Real Madrid"dən növbəti başqa kluba satışından 20 faizlik pay hüququ da qüvvədə qalmaqdadır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər