"Sabah"la görüş öncəsi "Vikinq"də həyəcan təbili

"Sabah"la görüş öncəsi "Vikinq"də həyəcan təbili

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turundakı rəqibi “Vikinq” (Viking) ciddi kadr problemləri ilə üzləşib.

Fanat.Az xəbər verir ki, hücumçular Veton Berişa (Veton Berisha) və Nik D’Aqostino (Nick D'Agostino), müdafiəçilər Martin Ove Roset (Martin Ove Roseth) və Anders Baertelsen zədə səbəbindən qarşılaşmanı buraxacaqlar.
Yarımmüdafiəçi Kelvin Frimponq (Kelvin Frimpong) isə UEFA-ya təqdim olunan iştirak ərizəsinə daxil edilmədiyi üçün “Sabah”la matçda meydana çıxa bilməyəcək.
Bu itkilər fonunda baş məşqçi Morten Yensenin (Morten Jensen) seçim imkanları məhdudlaşıb.
Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər