Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura (Amirhossein Firoozpour) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər