“Fənərbağça”nın böyük transfer planı

“Fənərbağça”nın böyük transfer planı
“Fənərbağça” (Fenerbahçe, Fenerbahce) qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.
Bildirilir ki, İstanbul təmsilçisi Matteo Geenduzinin (Mattéo Guendouzi, Matteo Guendouzi) və Nqolo Kantenin (N'Golo Kanté, N'Golo Kante) yüksək maaşları səbəbindən onlardan biri ilə yollarını ayırmağı, əvəzində isə komandaya daha gənc futbolçu cəlb etməyi nəzərdən keçirir.
“Fənərbağça”nın transfer siyahısında Braziliyanın “Korintians” (Corinthians) klubunda çıxış edən Breno Bidon və “Botafoqo”nun (Botafogo) yarımmüdafiəçisi Danilo yer alır.
Məlumata görə, İstanbul klubu üçün əsas namizəd 21 yaşlı Breno Bidondur. Onun transferində problem yaranacağı təqdirdə “Fənərbağça”nın Danilo variantına yönələcəyi bildirilir.
Həmçinin qeyd olunur ki, klubun sabiq futbolçularından biri hər iki oyunçunu canlı izləyərək rəhbərliyə hesabat təqdim edəcək.
“Fənərbağça” rəhbərliyinin dekabr ayında transfer istiqamətində konkret addımlar atmağı planlaşdırdığı vurğulanır. Matvey Kislyak da klubun geniş transfer siyahısında yer alır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər