“Qalatasaray”ın (Galatasaray) vitse-prezidenti Metin Öztürk tutduğu vəzifədən istefa verib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Öztürk oktyabrın 27-də baş tutan idarə heyətinin iclası zamanı fiziki hücuma məruz qaldığını, həmçinin vəfat etmiş anasının təhqir olunduğunu bildirib.
O, yaşanan hadisələrdən sonra vəzifəsindən ayrılmaq qərarına gəldiyini açıqlayıb:
“Oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında fiziki hücuma məruz qalmağı və mərhum anama qarşı təhqiramiz davranışları qəbul etməyim nə “Qalatasaray”dan aldığım tərbiyəyə, nə də valideynlərimin mənə aşıladığı dəyərlərə uyğundur”.