MPL: "Şamaxı" "Neftçi"ni, "Kəpəz" "İmişli"ni qəbul edir

MPL: "Şamaxı" "Neftçi"ni, "Kəpəz" "İmişli"ni qəbul edir

Misli Premyer Liqasında 10-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 2 matç keçiriləcək.
Çempionluğu hədəfləyən “Neftçi” “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.
“Kəpəz” isə öz meydanında “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
Daha öncə keçirilən oyunlarda “Turan Tovuz” “Sabah”a (3:2) qalib gəlib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) oyunlarında isə qalib müəyyənləşməyib. “Sumqayıt” – “Şəfa” görüşü sabah keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr
“Şamaxı” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu, 15:00.
“Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu, 17:30.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər