ABL: "Neftçi" "LANDAU Lions"u məğlub edib

ABL: "Neftçi" "LANDAU Lions"u məğlub edib

Azərbaycan Basketbol Liqasının V turunda "Neftçi" "LANDAU Lions"la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 86:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda "Ordu" "Naxçıvan"ı 84:76 hesabı ilə üstələyib. V tura noyabrın 1-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər