Azərbaycan Basketbol Liqasında 5-ci tur başa çatıb.
Fanat.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında NTD ilə üz-üzə gələn "Gəncə" 100:80 hesablı qələbə qazanıb.
"Sabah" isə Bakı İdman Sarayında "Sumqayıt"ı yenib - 100:85.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.