Misli Premyer Liqasında 10-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 2 matç keçiriləcək.
Çempionluğu hədəfləyən “Neftçi” “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.
“Kəpəz” isə öz meydanında “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
Daha öncə keçirilən oyunlarda “Turan Tovuz” “Sabah”a (3:2) qalib gəlib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) oyunlarında isə qalib müəyyənləşməyib. “Sumqayıt” – “Şəfa” görüşü sabah keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr
“Şamaxı” – “Neftçi”
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes (Filipe Marques) 13. Rikardo Apolinario (Ricardo Apolinário, Ricardo Apolinario) 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu (Abdullahi Shuaibu) 4. Rui Paşeko (Rui Pacheco) 52. Abdul Raşid Mumini (Abdul Rashid Mumin)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani (Tornike Akhvlediani) 8. Teşaqer Dequ (Tesfager Debu)
Baş məşqçi: Azər Bağırov
“Neftçi” 1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 18. İfeanyi Metyu 55. Endryu Qravilyon (Andrew Gravillon) 33. Breno Almeyda (Breno Almeida) 10. Freddi Varqas (Freddy Vargas) 22. Denzel Jubitana 20. Qustavo Klisman (Gustavo Klismann) 88. Viçko Şevel (Vesko Ševaljević, Vesko Sevaljevic) 11. Alen Şkribek (Alen Škribek, Alen Skribek)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 8. Emin Mahmudov 7. Emil Səfərov 6. Sessi Dalmeyda (Sessi D'Almeida) 24. Mustafa Sek (Mostafa Séké, Mostafa Seke) 97. Bassala Sambu (Bassala Sambou) 29. Lyubomir Tupta (Ľubomír Tupta, Lubomir Tupta) 26. Adeleke Akinyemi 70. Andrey Ştoqrin (Andrey Shtokrin) 27. Draqolyub Saviç (Dragoljub Savić, Dragoljub Savic)
Baş məşqçi: Yuri Vernidub (Yuriy Vernydub)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu, 15:00.
“Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu, 17:30.