“Real Madrid”in futbolçusu Arda Gülər (Arda Güler, Arda Guler) komandanın ümumi məşqlərinə qayıdıb. Federiko Valverdenin (Federico Valverde) isə növbəti matçda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı “BeSoccer” yayıb.
Məlumata görə, türkiyəli yarımmüdafiəçi bir neçə gün fərdi proqram üzrə çalışdıqdan sonra oktyabrın 30-da komanda ilə məşqlərə qoşulub.
Uruqvaylı futbolçu Federiko Valverde isə hələ də fərdi məşqlərlə kifayətlənir. O, “Barselona” (Barcelona) ilə son “El-Klasiko”da aldığı əzələ narahatlığı səbəbindən komandanın ümumi hazırlığında iştirak etmir.
Beləliklə, Arda Gülərin noyabrın 1-də “Rasinq Santander”lə (Racing Santander) keçiriləcək oyunda iştirakı gözlənilir. Valverdenin durumu isə qeyri-müəyyəndir. Son məlumata görə, uruqvaylı futbolçu qarşılaşmada iştirak etməyəcək.
Əlisahib İbrahimli