"Everton" Qrilişi buna görə heyətdən kənarlaşdırdı

"Everton" Qrilişi buna görə heyətdən kənarlaşdırdı

İngiltərənin "Everton" klubu yarımmüdafiəçi Cek Qrilişi (Jack Grealish) heyətdən kənarlaşdırıb.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Liverpul təmsilçisi ingilis futbolçunu iki gün ardıcıl spirtli içki qəbul etdiyinə görə cəzalandırıb.
O, oktyabrın 19 və 20-də spirtli içki qəbul etdiyi məkanlarda olub.
31 yaşlı yarımmüdafiəçi müqavilə ilə "Mançester Siti"yə (Manchester City) məxsusdur. Cek cari mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb. Hücumameyilli oyunçu bu görüşlərdə 429 dəqiqə mübarizə aparsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin avqustunda "Aston Villa"dan "Mançester Siti"yə 117,5 milyon avroya transfer olunmuşdu. Hazırda "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro məbləğində dəyərləndirir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər