“Fənərbağça” (Fenerbahçe, Fenerbahce) Valdas Dambrauskası komandanın yeni baş məşqçisi təyin etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı “TuttoMercatoWeb” yayıb.
Məlumata əsasən, hazırda Azərbaycanın “Sabah” klubunu çalışdıran 49 yaşlı litvalı mütəxəssislə İstanbul təmsilçisi arasında intensiv danışıqlar aparılır. Tərəflər razılığa gəlmək üçün müzakirələri davam etdirirlər.
Dambrauskasa 2029-cu ilə qədər qüvvədə olacaq üçillik müqavilə təklif edilməsi nəzərdə tutulur. Danışıqların yekunlaşmağa yaxın olduğu və yaxın saatlarda razılığın əldə oluna biləcəyi qeyd edilir.
Xatırladaq ki, “Fənərbağça” İsmail Kartalın istefasından sonra baş məşqçisiz qalıb. Kartal təyinatından dörd ay sonra, komandanın 18 oyununda iştirak etdikdən və hər matça orta hesabla 1,78 xal qazandırdıqdan sonra vəzifəsindən ayrılıb.
Əlisahib İbrahimli