"Çelsi" (Chelsea) klubu 20 yaşlı müdafiəçisi Coş Açeamponqu (Josh Acheampong) komandada saxlamaq üçün ciddi mübarizə ilə üz-üzə qalıb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu ilə yeni müqavilə imzalanması istiqamətində hələ ki, heç bir irəliləyiş əldə olunmayıb.
"Bayern Münhen" (Bayern München, Bayern Munich) və "Real Madrid" futbolçunu transfer etməkdə ən böyük maraq göstərən klublar sırasındadır.
Həmçinin "Arsenal", "Mançester Siti" (Manchester City), "Mançester Yunayted" (Manchester United) və "Liverpul" (Liverpool) da gənc müdafiəçinin komandadakı vəziyyətini diqqətlə izləməyə davam edirlər.