"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu
"Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, Serjiu Konseysau (Sérgio Conceição, Sergio Conceicao) ilə tam razılıq əldə olunub.
İnformasiyanı "HT Spor" yayıb.
Portuqaliyalı (Porto) çalışdırıcı İstanbula dəvət olunub. Onun nə vaxt gələcəyi dəqiq bilinmir. Lakin "Liverpul" (Liverpool) matçından öncə gəlməsi gözlənilir.
Serjiu əvvəllər "Portu" və "Milan" klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
51 yaşlı mütəxxəsis son olaraq "Əl-İttihad" (Al-Ittihad) klubunun uğurları üçün çalışıb. Baş məşqçilik karyerası ərzində 12 kubok qazanıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər