"Mançester Yunayted" rəqibinin hücumçusuna göz dikdi

"Mançester Yunayted" rəqibinin hücumçusuna göz dikdi
İngiltərənin "Mançester Yunayted" (Manchester United) klubu hücum xəttini gücləndirmək üçün gözlənilməz transfer variantını nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Lids"in (Leeds United) hücumçusu Dominik Kalvert-Lyüinlə (Dominic Calvert-Lewin) maraqlanır.
İnformasiyanı "Football365" yayıb.
Məlumata görə, Mançester təmsilçisi qış transfer pəncərəsində 29 yaşlı futbolçunu heyətinə qatmaq imkanlarını araşdırır. Klubun transfer üzrə məsul şəxsləri mümkün keçidin reallaşdırılmasının nə dərəcədə mümkün olduğunu müəyyənləşdirməyə çalışırlar.
"Mançester Yunayted" rəqibinin hücumçusuna göz dikdi
Bu marağın əsas səbəblərindən biri Benjamin Şeşkonun (Benjamin Šeško, Benjamin Sesko) zədələnməsidir. Sloveniyalı hücumçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bununla belə, transferin baş tutması asan görünmür. "Lids" əsas futbolçularından birini birbaşa rəqibinə vermək istəmir və onunla müqaviləni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Dominik Kalvert-Lyüin 2025-ci ilin yayında azad agent kimi "Lids"ə keçib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər